APOEL - "Qarabağ" matçı canlı yayımda

"Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün Kiprdə APOEL-ə qarşı keçirəcəyi ilk oyun ölkəmizdə canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda oynanılacaq qarşılaşma “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.