Aqolli "Çelsi" ilə görüşü buraxacaq

UEFA Çempionlar Liqasının qrup mərhələsində debüt edəcək "Qarabağ" "Çelsi" ilə oyun öncəsi itki ilə üzləşib. SportLine.az xəbər verir ki, Ansi Aqolli 1-ci tur çərçivəsində keçiriləcək matçı buraxacaq.

Bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov SportLine.az saytına açıqlamasında deyib. 

Mütəxəssisin sözlərinə görə, DÇ-2018-in təsnifat mərhələsində Makedoniya ilə görüşdə zədələnən futbolçunun bərpası bir neçə gün çəkəcək.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" oyunu sentyabrın 12-də olacaq.