Arauxo ilə İngiltərə klubları yaxından maraqlanır
"Barselona"nın futbolçusu Ronald Arauxo yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Tottenhem" 26 yaşlı stopperlə yaxından maraqlanır.
R.Arauxonun hazır ki dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.
Qeyd edək ki, Uruqvay millisinin üzvü bu mövsüm 2 rəsmi matçda iştirak edib.