"Araz" 26 qolla qələbə qazandı

Bu gün Yüksək Liqada X turun 2 oyunu keçirilib.

SportLine.az xəbər verir ki, ilk qarşılaşmada son çempion böyükhesablı qələbə qazanıb. Maraqlı məqamlardan biri "Araz”ın qapısını kapitan Rizvan Fərzəliyevin qorumasıdır. Rövşən Hüseynli və Kamran Hacıyev cəzalı olduğundan "Araz”ın qapıçısı oyunçulardan biri olmalı idi. Bu çətin iş kapitanın öhdəsinə düşüb.

Günün ikinci oyunu gərgin keçib. Əvvəlcə "Xəzər Cənub” hesabı açıb. Fasiləyə qədər hesabı bərabərləşdirən EKOL ikinci hissədə də qol vurub. Ancaq onların bu üstünlüyü 14 saniyə çəkib. Bərabərliyi növbəti dəfə Lənkəran təmsilçisi pozub. Ancaq kapitan qapıların yerini səhv saldığından, qol rəqibin aktivinə yazılıb. Masoud kapitanın səhvini 36-cı dəqiqədə düzəldib.

"Araz” – "Yasamal” İSK  26:2 (9:0)

Qollar: İ. Atayev, 01:01, 21:42, 25:47, 35:00, R. Çovdarov, 02:55, 08:46, 24:28, 33:32, 39:20, O. Rüstəmli, 03:12, 03:47, 15:58, 31:43, 32:43, X. Bağırov, 12:06, 14:31, 23:59, 32:10, 35:36, 36:40, 36:49, 39:38, E. İbramxəlilov, 18:52, 29:57, N. İsmayılov, 27:20, R. İbrahimzadə, 37:35 // V. Səfərov, 23:32, N. Mahmudov, 39:55
Sarı vərəqə: A. İsmayılov, 28:44

EKOL – "Xəzər Cənub” 3:3 (1:1)

Qollar: Ə. Abasov, 07:44, S. Həmzəyev, 21:09, M.Pənahande, 26:52 (a/q) // A. Mikaili, 04:31, F. Mazahevi, 21:23, M. Nasirzadegah, 35:08