"Fənərbağça" "Lion"a qarşı

Bu gün UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin pley-off mərhələsi başlanır.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma olacaq.

Türkiyənin "Fənərbağça" komandası "Lion"la üz-üzə gələcək.

Günün digər oyunlarında "Levski" AKE-lə, "Dinamo" isə "Vikinq"lə münasibətləri aydınlaşdıracaq.

Hər 3 görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, pley-offun digər 4 matçı sabaha təyin olunub. 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

18 avqust 

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Vikinq" (Norveç)
23:00. "Levski" (Bolqarıstan) - AEK (Yunanıstan)
23:00. "Fənərbağça" (Türkiyə) -"Lion" (Fransa)