Araz Abdullayevin Kiprdə ilk rəsmi qolu
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib AEL kollektivi olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
A.Abdullayev start heyətində meydana daxil olub və 12-ci dəqiqədə hesabı açıb. Bu, futbolçunun "Anortosis"in heyətində ilk rəsmi qolu kimi qeydə alınıb. A.Abdullayev 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Anortosis" hazırda 27 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.