"Araz" çətin vəziyyətlə üzləşib

Futzal üzrə Azərbaycan çempionumuz ciddi sınaq qarşısındadır.

Sportline.az xəbər verir ki, UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz”, bu gün ilk oyununu keçirəcək.

Rəqib Belçika çempionu “Halle Gooik” komandasıdır. 
 
Joze Alesionun rəhbərlik etdiyi "Araz", oyuna itkilərlə çıxacaq. Viza problemi ilə əlaqədar, Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye Belçikaya yollana bilməyib. Çətin vəziyyətlə üzləşən "Araz", məsul yarışda 8 futzalçı ilə mübarizə aparmalı olacaq.

Qeyd edək ki, bugünkü görüş Bakı vaxtı ilə 22:30-da başlanacaq.

"Araz"ın qrupdakı digər rəqibləri Portuqaliyanın "Benfika" və Ukraynanın "Xerson" klublarıdır. Bu mərhələdə ilk 3 yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.