"Araz-Naxçıvan"ın futbolçusu üçün yubiley oyunu
“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın VII turuna təsadüf edib.
Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb. Vadim 100 matçı 5 fərqli klubda keçirib. O, “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb.
29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb. Qeyd edək ki, Vadim Abdullayevin debütü 2012-ci mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.