Araz oynadı, komandası liderliyə yüksəldi

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çepionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Aris" (Limassol) kollektivi olub.

Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 1:0. Bu nəticə ilə xal ehtiyatını 7-ə çatdıran "Anortosis" zirvəyə yüksəlib.

A.Abdullayev matça ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə Migel Palankanın əvəzinə meydana daxil olub.