"Araz"ın oyununda 7 qol

Bu gün Yüksək Liqada XV turun təxirə salınmış “Marafon” – “Araz” oyunu keçirilib.

Sportline.az xəbər verir ki, oyunda lider "Araz" ən yaxın izləyicisi üzərində 5:2 hesablı qələbə qazanıb.

“Marafon” – “Araz” (0:3) 2:5

Qollar: Farid Mazaherichorasi, 37:35, Vitali Borisov, 38:51 // İsa Atayev 0:45 (pen.), 14:54, Eshaq Surğali, 19:36, Xətai Bağırov, 28:46, Murilo Borges Souza, 33:15.