"Araz"ın potensial rəqibləri müəyyənləşib
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinə yekun vurulub.
Sportline.az xəbər verir ki, ötən gecə baş tutan oyunlardan sonra əsas mərhələyə adlayan bütün iştirakçılar müəyyənləşib.
Qeyd edək ki, növbəti raunda 8 qrup qalibi + ən yaxşı qrup 2-cisi (bu, məhz Azərbaycan təmsilçisi “Araz” oldu) olan 1 iştirakçı, ümumilikdə 9 komanda adlayıb:
“Luxol” (Malta, A qrupunun qalibi), “Dinamo Plus” (Moldova, B qrupunun qalibi), “Haladas” (Macarıstan, C qrupunun qalibi), “Hammarbi” (İsveç, D qrupunun qalibi), FON (Serbiya, E qrupunun qalibi), “Kampuksen Dynamo” (Finlandiya, F qrupunun qalibi); “Araz” (AZƏRBAYCAN, F qrupunun 2-cisi), “Diamant Linz” (Avstriya, G qrupunun qalibi), “Liqeni” (Kosova, H qrupunun qalibi).
Əsas mərhələdə 9 komandaya daha reytinqli 23 iştirakçı da qoşulacaq. Qeyd edək ki, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan yarışda iki klubla təmsil olunur:
Sportinq (Portuqaliya, son çempion), Barselona (İspaniya), Kayrat (Qazaxıstan), Benfika (Portuqaliya), Levante (İspaniya), Tümen (Rusiya), Doboveç (Sloveniya), Sinara (Rusiya), Atrau (Qazaxıstan), Jalgiris (Litva), Pesaro (İtaliya), Rekord (Polşa), Olmissum (Xorvatiya), Mostar (Bosniya və Hersoqovina), Asnieres (Fransa), Plzen (Çexiya), United Qalati (Rumıniya), Luçeneç (Slovakiya), Viten Orsha (Belarus), Hovokubo (Niderland), Leo (Ermənistan), Uraqan (Ukrayna), Halle-Qoik (Belçika).
Əsas mərhələnin püşkatması avqustun 30-da keçiriləcək. Mərhələnin oyunları isə oktyabrın 26–31-I aralığında baş tutacaq.