Arda “Arsenal”a gələcək?

“Arsenal”ın Arda Gülərlə bağlı planı reallaşmayacaq.

Sportline.az xəbər verir ki, Türkiyə millisinin yarımmüdafiəçisi “Real Madrid”dən ayrılmaq istəmir.

“Levante” ilə oyunda meydana sonradan daxil olan Arda Gülər uğurlu çıxışı ilə diqqət çəkib.

Bu performansdan sonra futbolçunun Madrid klubunu tərk etməsi ehtimalı xeyli azalıb.