Arda Güler yenidən Süper Liqaya qayıda bilər
“Real Madrid”in 19 yaşlı türkiyəli futbolçusu Arda Güler qış transfer pəncərəsində klubdan ayrıla bilər.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” Arda Güleri transfer etmək üçün hərəkətə keçib.
Ardanın transfer dəyəri 45 milyon avro olaraq göstərilir.
Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayında “Fənərbağça”dan “Real”a 20 milyon avro qarşılıqında transfer olunmuşdu.