Arda Gülərə 150 milyon avroluq təklif

"Real Madrid"in türkiyəli ulduzu Arda Gülər İngiltərə nəhənginin hədəfindədir.

Sportline.az xəbər verir ki, adı açıqlanmayan klubun, 20 yaşlı yarımmüdafiəçi üçün madridlilərə 150 milyon avroluq təklif ünvanladığı bildirilir.

Bu haqda son günlər İspaniya mətbuatında xəbərlər dolaşmaqdadır. 

"Real Madrid"in prezidenti Florentina Peresin bu təklifə isti yanaşmadığı deyilir.

Qeyd edək ki, yeni baş məşqçi Xabi Alonsonun gəlişindən sonra əsas heyətin daimi üzvünə çevrilən Arda, cari mövsümdə meydana çıxdığı 11 oyunda 3 qol, 3 asist müəllifidir.