Arda Gülerə illik 12 milyon avro maaş təklif edilib
"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler karyerasını dumanlı albionda davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" 21 yaşlı oyunçuya elçi düşüb.
"El Nacional" nəşrinin yaydığı məlumata görə, "topçular" Ardaya illik 12 milyon avro maaş təklif edib.
Qeyd edək ki, "Arsenal" bu keçid üçün "Real Madrid"ə 90 milyon avro maaş ödəməyə hazırdır.