Arda Turan "Fənərbaxça"da?
Arda Turan karyerasını “Fənərbaxça”da davam etdirə bilər. SportLine.az xəbər verir ki, İstanbul təmsilçiləri “Barselona” ilə bu istiqamətdə danışıq aparırlar. Xatırladaq ki, kataloniyalılar Ardanın transferi üçün “Atletiko”ya 34 milyon avro ödəmişdilər. Start heyyətdə yer ala bilməyən yarımmüdafiəçinin “Barsa”nı tərk edəcəyi gözləniləndir. Amma, digər İstanbul nəhəngi “Qalatasaray”ın yetirməsi “Fənər”ə üstünlük verəcəkmi? Bu suala yaxın günlərdə aydınlıq gətiriləcək.