Arda Turan Türkiyəyə qayıdır
Türkiyə millisinin üzvü Arda Turanla bağlı növbəti iddia irəli sürülüb. Sportline.az xəbər verir ki, İspaniyanın ən nüfuzlu idman qəzetlərindən sayılan "Marca" və "AS", həmçinin "RAC 1" radiosunda onun Türkiyəyə dönüşü haqda məlumat yayılıb.
Həmin xəbərlərdə "Barselona"nın Ardanı 2 il müddətinə "Qalatasaray"a icarəyə verdiyi bildirilir. Məsələyə bu gün aydınlıq gətiriləcək. Çünki, Türkiyədə transfer pəncərəsi məhs bu gün bağlanır.