Argentina futbolunun əfsanəsi dünyasını dəyişdi

Argentina millisinin sabiq qapıçısı Amadeo Karriso dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, "River Pleyt"in əfsanəvi futbolçusu 93 yaşında vəfat edib.

1954-1964-cü illər aralığında Argentina millisində 20 rəsmi oyuna çıxan Amadeo bu ölkənin ən yaxşı qapıçılarından sayılırdı.

Argentina parlamenti 2011-ci ildə onun dünyaya gəldiyi 12 iyun tarixini bu ölkədə milli qapıçılar günü elan edib.