Argentina millisinə mükafatın məbləği açıqlandı

Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) Qətərdəki dünya çempionatındakı qələbə üçün Argentina millisinə ödədiyi mükafatın məbləği açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə qurumun prezidenti Alexandro Dominges rəsmi tviter səhifəsində paylaşım edib.

Komanda final qarşılaşmasından sonra paltardəyişmə otağında 10 milyon ABŞ dolları alıb.

Qeyd edək ki, finalda Fransaya qalib gələn . Argentina seçməsi daha əvvəl 1978 və 1986-cı illərdə titula sahib çıxıb.