Argentina millisinin üzvü "Real"a keçmək arzusundadır

Argentina millisinin üzvü Aleksis Mak Allister yayda "Real Madrid"ə transfer olmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

27 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 50 matçda 5 qol, 5 asistlə yadda qalıb.

Qeyd edək ki, A.Mak Allisterin dəyəri 80 milyon avrodur.