Arne Slotun gözü "Ayaks"ın futbolçusuna düşüb

"Liverpul"un niderlandlı baş məşqçisi Arne Slot "Ayaks"ın futbolçusu Yuri Baası komandasında görmək istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəsis 22 yaşlı oyunçunun transferini rəhbərliktən tələb edib.

Yuri Baasın transfer qiyməti 12 milyon avrodur.

Qeyd edək ki, niderlandlı futbolçunun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.