“Arsenal” – “Atletiko Madrid”: Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, “Arsenal” “Emireyts Stedyum”da “Atletiko Madrid”lə münasibətlərini aydınlaşdıracaq.

Heyətlərə nəzər saldıqda London klubunda əsas itki kapitan Martin Odeeqard, Qabriel Jesus, Kay Havertsin adı ilə bağlıdır. Noni Maduekenin durumuna oyun saatlarında aydınlıq gələcək.

“Atletiko Madrid”də isə yeganə itki Oskar Kardosodur.

Qeyd edək ki, “Arsenal” – “Atletiko Madrid” görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Oyunun ədalət təmsilçisi italiyalı Davide Massa olacaq.