"Arsenal" "Atletiko Madrid"ə 80 milyon avro ödəmək niyyətindədir

"Atletiko Madrid"in forvardı Xuliyan Alvarez yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportline.az xəbər verir ki, "Arsenal" argentinalı futbolçuya elçi düşüb.

"Football İnsider" nəşrinin yaydığı məlumata görə, London klubu bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, X.Alvarez cari mövsüm meydana çıxdığı 29 matçda 11 qol, 5 asistlə yadda qalıb.