"Arsenal" - "Barselona" matçı Cüneyt Çakıra həvalə olundu
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Arsenal" - "Barselona" matçının hakimləri bəlli olub. SportLine.az xəbər verir ki, görüşdə ədaləti Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır qoruyacaq. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Çem Satman yerinə yetirəcək.
Həmin gün keçiriləcək digər oyun - "Yuventus" - "Bavariya " görüşünü isə ingiltərəli Martin Atkinson idarə edəcək.
Qeyd edək ki, hər iki qarşılaşma fevralın 23-ü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.