"Barselona" Londondan qələbə ilə dönür
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki qarşılaşması keçirilib. SportLine.az xəbər verir ki, yarışın son qalibi "Barselona" "Arsenal"ın qonağı olub.
Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
23 fevral 2016
Çempionlar Liqası, 1/8 final
"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2
QOLLAR: Messi, 71, 83-pen.
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun və Cem Satman (hamısı Türkiyə)