"Arsenal" "Bayer"ə elçi düşüb

"Arsenal" heyəti daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, londonlular bu məqsədlə Almaniyay üz tutublar.

Söhbət "Bayer"in hücumçusu Kristian Kofanedən gedir.

Bu haqda jurnalist Kristian Falk məumat yayıb. Onun sözlərinə görə, "topçular" yaxın günlərdə leverkuzenlilərə rəsmi müraciət ünvanlayacaqlar.

19 yaşlı futbolçunun transferinin 65 milyon avroya başa gələcəyi bildirilir. 

Qeyd edək ki, kamerunlu forvard bu mövsüm meydana çıxdığı 40 oyunda 7 qol, 8 asist müəllifidir.