“Arsenal” brazilyalı futbolçusu ilə vidalaşır

"Arsenal" brazilyalı futbolçusu Qabriel Jesus yanvar ayında klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

28 yaşlı forvardın London klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Qabriel Jesus "Arsenal"a 2022-ci ilin yayında "Mançester Siti"dən 52.2 milyon avro qarşılığında transfer olunmuşdu.