"Arsenal" brazilyalı hücumçusunu satmaq istəyir
"Arsenal" yanvar ayında brazilyalı hücumçusu Qabriel Jesusu satmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, rəhbərlik oyunçunun tez-tez zədələnməsindən narahatdır.
"Football İnsider" nəşrinin yaydığı məlumata görə, London klubu Jesus üçün 25 milyon avro tələb edir.
Qeyd edək ki, Jesus 2022-ci ildən "Arsenal"da çıxış edir.