"Arsenal" - "Çelsi": Düşərgələrdəki son durum

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçı "Emirates Stadium"da keçiriləcək. "Arsenal" "Çelsi" ilə münasibətləri aydınlaşdıracaq.

"Arsenal"da itkilərin sayı kifayət qədərdir. Bukayo Saka, Kay Haverts, Qabriel Jesus və Takihero Tomiyasu zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

"Çelsi"də isə Malo Qusto, David Fofana, Mark Quyi, Nikolas Cekson və Noni Madueke baş məşqçi Enzo Mareskanın sərəncamında olmayacaq.

Qeyd edək ki, "Arsenal" - "Çelsi" matçı bu gün saat 17:30-da başlanacaq. Oyunun ədalət təmsilçisi Kris Kavana olacaq.