"Arsenal" çempionluğun bir addımlığında
İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, lider "Arsenal" səfərdə "Vest Hem"in qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
"Topçular" bu qələbə ilə çempionluq yolunda mühim addım atıb. Mikel Artetanın komandası 79 xalla zirvədə qəraraşıb. Sona 2 tur qalmış "Arsenal" ən yaxın izləyicisi "Mançester Siti"ni 5 xal qabaqlayır.
"Vest Hem" - "Arsenal" 0:1
Qol: L.Trossard,83