"Arsenal" ciddi itki ilə üzləşib

"Arsenal"ın hücumçusu Qabriel Jezus cidii zədə alıb.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçunun uzun müddət yaşıl meydandan kənarda qalacağı gözlənilir.

Onun dizinin xaçvari bağlarının qırıldığı bildirilir.

Bu haqda jurnalist David Ornşteyn X sosial şəbəkə hesabında məlumat paylaşıb. 

27 yaşlı forvardın müalicəsinin uzun sürəcəyi ehtimal olunur. 

Təsadüfi deyil ki, "Arsenal" artıq onun əvəzləyicisinin axtarışına başlayıb. 

Qeyd edək ki, cari mövsümdə 27 oyuna çıxan Lezus 7 qol, 3 asist müəllifidir.