"Arsenal" "Elçe"nin futbolçusunu izləməyə başlayıb
"Arsenal" "Elçe"nin yarımmüdafiəçisi Rodriqo Mendozanı heyətinə qatmaq istəyir.
Sportline.az "Tele Football"a istinadən xəbər verir ki, London klubu 20 yaşlı yarımmüdafiəçini izləməyə başlayıb.
Oyunçunun sərbəst qalma məbləği 17.5 milyon avrodur.
Qeyd edək ki, R.Mendoza ilə "Real Madrid" və "Yuventus" klublarıda yaxından maraqlanır.