"Arsenal" "Eyndhoven" qarşısına belə çıxacaq
Bu gücə UEFA Çempionlar Liqasında 1/4 finalçılar müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, maraqlı mübarizə vəd edən oyunlardan birində “Arsenal” “Emireyts Stadium”da PSV ilə üz-üzə gələcək.
Niderlandda keçirilən oyunda “Arsenal” rəqibi 7:1 hesabı ilə məğlub etmişdi.
London klubunda itkilərin sayı kifayət qədərdir. Bukayo Saka, Qabriel Jesus, Kay Haverts və Takihero Tomiyasu baş məşqçi Mikel Artetanın sərəncamında olmayacaq.
PSV-də isə Esmir Bayraktereviç, Malik Tilman və Rikardo Pepi zədədən əziyyət çəkir.
Oyunun ədalət təmsilçisi sloveniyalı Rade Obrenoviç olacaq. Matç Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.