"Arsenal" fransalı futbolçu ilə maraqlanır
"Arsenal" "Bavariya"nın fransalı futbolçusu Kinqsli Komanı transfer siyahısına əlavə edib.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" Koman üçün London klubundan 40 milyon avro tələb edib.
"Arsenal" bu məbləği ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Komanın "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına başa çatacaq.
28 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 4 qol və 2 asistlə yadda qalıb.