"Arsenal"ın yeni geyim forması
Londonun "Arsenal" klubu yeni mövsüm üçün səfər formalarını tanıdıb.
Sportline.az Sport.24.ru-ya istinadla xəbər verir ki, forma "adidas" və Britaniya-Afrika geyim brendi "Labrum London" ilə birgə hazırlanıb.
"Biz qitənin dizayn ənənələrindən ilham alaraq afrikalı azarkeşlərlə birliyimizi qeyd edirik. Qara, qırmızı və yaşıl kimi ənənəvi Pan-Afrika rənglərini özündə əks etdirən bu köynəkdə Labrum Londonun qurucusu Foday Dambuya tərəfindən hazırlanmış heyrətamiz ağ ziqzaq naxışı var", - deyə klubun açıqlamasında bildirilir.