"Arsenal" - "Liverpul": baş məşqçi fikirləri

Premyer Liqanın ötən turlarında çempionluğu rəmsiləşən “Liverpul” 36-cı turda “Arsenal”ın qonağı olacaq.

Sportline.az xəbər verir ki, 35 oyunun 30-da qalib gələn “Liverpul” bu dəfə də 3 xal arzusundadır. Komandanın baş məşqçisi Yurgen Klopp mətbuat konfransında qələbə üçün bütün futbolçuların var-qüvvə ilə mübarizə aparacağını bildirib.

“Rəqibə hörmətlə yanaşırıq. Amma meydana yalnız 3 xal üçün çıxacağıq. “Liverpul”u favorit görənlər kifayət qədərdir. Çempion olmağımız bizi arxaynlaşdırmamalıdır. Görüşə tam hazırıq. Futbolçular onlara verilən tapşırıqları səhvsiz yerinə yetirsələr, inamlı qələbə qazana bilərik. Ümid edirəm ki, yanılmaram”.

Son iki oyunda xal itkilərilə diqqət mərkəzinə düşən “Arsenal”ın 50 xalı var. “Topçular” 9-cu yerdədirlər. Baş məşqçi Mikel Arteta oyuna hazır olduqlarını bildiriblər.

“Oyuna tam hazırıq. Son turlardakı uğursuzluqları üstümüzdən atmaq üçün əla imkan yaranıb. Çempiona qarşı mübarizə asan olmayacaq. Əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Arsenal” – “Liverpul” matçı bu gün saat 23:15-də başlanacaq və “İdman TV” ilə canlı yayımlanacaq.