"Arsenal" "Nottingem Forest"ə qarşı
İngiltərə Premyer Liqasında bu gün 4-cü tura start verilir.
Sportline.az xəbər verir ki, çempionluğa iddialı "Arsenal" "Emireyts Stedyum"da "Nottingem Forest"lə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində itkilərin sayı kifayət qədərdir. Ben Vayt, Kristian Norqaard, Vilyam Saliba, Bukayo Saka, Qabriel Jesus və Kay Haverts zədə səbəbindən matçı buraxmalı olacaq.
"Nottingem Forest"də isə yeganə itki Nikolas Domingezin adı ilə bağlıdır.
Qeyd edək ki, start fiti saat 15:30-da səslənəcək oyunu Darren İnqland idarə edəcək.