“Arsenal” “Nyukasl”dan futbolçu bəyənib

"Arsenal" "Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Entoni Qordonu heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, Mikel Arteta bu transferin reallaşmasını rəhbərliktən tələb edib.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, 25 yaşlı oyunçu cari mövsüm 8 qol, 4 asistlə oynayır.