"Arsenal" "Real Madrid"ə 90 milyon avro ödəməyə hazırdır
"Arsenal" Arda Güleri transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
London klubu bu keçid üçün "Real Madrid"ə 90 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, A.Güler cari mövsüm meydana çıxdığı 50 matçda 6 qol, 14 asistlə yadda qalıb.