"Arsenal" "Real"ın futbolçusunu istəyir
"Arsenal" "Real Madrid"in ispaniyalı stopperi Viktor Valdepenası heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Sami Mokbel məlumat yayıb.
19 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 21 matçda 2 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, V.Valdepenasın dəyəri 3 milyon avrodur.