"Arsenal" "Roma"nın kapitanını istəyir
"Arsenal" heyəti gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, londonlular bu məqsədlə İtaliyaya üz tutublar.
Söhbət "Roma"nın kapitanı Lorenso Pelleqrinidən gedir.
Bu haqda "La Repubblica" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, baş məşqçi Mikel Arteta "canavar"ların yarımmüdafiəçisini sərəncamında görmək istəyir.
Qeyd edək ki, 28 yaşlı futbolçunun "Roma" ilə 2026-cı ilədək müqaviləsi var.
Transfermarkt portalında onun transfer dəyəri 14 milyon avrodur.