“Arsenal” türkiyəli ulduzu heyətinə qatmaq istəyir

Kenan Yıldız İngiltərə nəhəngi "Arsenal"ın transfer hədəfindədir.

Sportline.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, London klubu 20 yaşlı sol cinah vingeri üçün 85 milyon avro ödəməyə hazırdır.

Türkiyə millisinin üzvü Premyer Liqada çıxış etmək fikrinə müsbət yanaşır. Lakin son qərarı "Yuventus" klubu verəcək.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 8 qol, 7 məhsuldar ötürmə müəllifi olub.