"Arsenal" ulduz futbolçu ilə danışıqlar aparır

"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqla müqaviləni yeniləməklə bağlı danışıqlar aparır.

Sportline.az "The Telegraph"a istinadən xəbər verir ki, London klubunun qabonlu hücumçu üçün  ilinə 14,2 milyon avro ödəməyə hazır olduğu bildirilib. "Arsenal"ın baş məşqçisi Mikel Artetanın Obameyanqla müqavilənin müddətinin uzadılmasında israrlı olduğu vurğulanıb.

Qeyd edək ki, 30 yaşlı oyunçunun London təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.