"Arsenal" və "Çelsi" transfer yarışına girib

"Lion"da icarə əsasında çıxış edən Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Arsenal" və "Çelsi" brazilyalı futbolçunu heyətinə qatmaqda israrlıdır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, Endrik müqavilə əsasında "Real Madrid"ə məxsusdur.