"Arsenal" və "Liverpul" transfer yarışına girib
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa İngiltərə nəhənglərinin transfer siyahısına düşüb.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Liverpul" 23 yaşlı futbolçunun heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Real" Kamavinqa üçün 80-100 milyon avro arası məbləğ tələb edir.