"Arsenal" və "Mançester Siti" ingiltərəli futbolçu üçün yarışa girib
"Nyukasl"ın sağ cinah müdafiəçisi Tino Livramento yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Mançester Siti" 23 yaşlı oyunçunu heyətinə qatmaq üçün yarışa girib.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, Livramento cari mövsüm meydana çıxdığı 24 matçda 1 asistlə yadda qalıb.