"Arsenal" və "Mançester Yunayted" transfer yarışına girib

"Sportinq"in yarımmüdafiəçisi Morten Hyulmand menecerinə İngiltərədə oynamaq istədiyini söyləyib.

Sportline.az xəbər verir ki, sözügedən futbolçunun adı "Arsenal" və "Mançester Yunayted"lə hallanır.

Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.

Qeyd edək ki, M.Hyulmand cari mövsüm meydana çıxdığı 43 matçda 2 qol, 6 asistlə yadda qalıb.