"Arsenal" və "Mançester Yunayted" transfer yarışına girib
"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali İngiltərə nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Mançester Yunayted" 26 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, S.Tonali bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 53 matçda 3 qol, 7 asistlə yadda qalıb.