"Arsenal" "Vulverhempton"la matça itkilərlə çıxacaq

İngiltərə Premyer Liqasında bu gün 23-cü tura start veriləcək.

Sportline.az xəbər verir ki, çempionluq uğrunda yarışan "Arsenal" səfərdə "Vulverhempton"la qarşlaşacaq.

"Arsenal"ın heyətində itkilərin sayı kifayət qədərdir. Vilyam Saliba, Ben Vayt, Takihero Tomiyasu, Bukayo Saka və Qabriyel Jesus zədə səbəbindən oyunu buraxmalı olacaq.

"Vulverhempton"da isə Toti Qomez, Yerson Moskera, Boubakar Traore, Enso Qonzalez və Saşa Kaladziç baş məşqçi Vitor Pereyranın sərəncamında olmayacaq.

Qeyd edək ki, start fiti 19:00-da səslənəcək "Vulverhempton" - "Arsenal" matçını Maykl Oliver idarə edəcək.