"Arsenal" yarımfinala çıxdı

İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
 
Sportline.az xəbər verir ki, bu gün "Arsenal" səfərdə "Şeffild Yunayted"i 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

"Şeffild Yunayted" - "Arsenal" - 1:2
Qollar
: N.Pepe, 25-pen. (0:1), Mcgoldrick, 87 (1:1), Seballos, 90+1 (1:2)

Qeyd edək ki, ötən gün 1/4 finalda "Norviç Siti"ni məğlub edən (2:1) "Mançester Yunayted" də yarımfinala yüksəlib.